Noy 17, 2021 12:46 Asia/Baku
  •  “Azərbaycanda insanların boyu qısalıb, boşanmaların sayı artıb”

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev ölkə əhalisinin boyunun qısalmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat deyib: “SSRİ dağılandan sonra digər ölkələrdə insanların boyu artıb, bizdə isə 5 sm qısalıb”.

Komitənin sədr müavini bunun qidalanma ilə bağlı olduğunu vurğulayıb və problemin aradan qaldırılması üçün ən azı 10 yaşına qədər uşaqlara müavinət verilməli olduğunu deyuib.

Deputat Azərbaycanda son vaxtlar boşanmaların sayının artmasına da diqqət çəkib və buna görə də  tək uşaq böyüdən valideynlərə, xüsusilə analara diqqətin artırılmasına çağırıb.

Teqlər