Noy 20, 2021 11:06 Asia/Baku
  • Əliyev və Paşinyan Brüsseldə görüşmək barədə razılığa gəliblər

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə görüşün keçirilməsi barədə razılığa gəliblər.

SəhərAzəri-nin məlumatına əsasən, onlar Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığından sonra dekabrın 15-də görüşməyi qərara alıblar.

Avropa İttifaqının bəyanatında deyilir: “Liderlər regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüş keçirmək barədə razılığa gəliblər. Telefon danışıqları zamanı Ermənistan və Azərbaycan liderləri həmçinin insidentlərin qarşısının alınması mexanizmi kimi müvafiq müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəliblər”.

Teqlər