Noy 20, 2021 11:54 Asia/Baku
  • Tehranla Bakı arasında qarşılıqlı əlaqələr müzakirə olunub

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi baş nazirin müavini Şahin Mustafayevlə görüşüb. Tərəflər qarşılıqlı əlaqələri müzakirə ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi tvitter səhifəsində yazıb.

Diplomat bildirib ki, Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayevlə uzun və səmərəli görüş çərçivəsində ikitərəfli siyasi və iqtisadi əlaqələr, xüsusilə də birgə layihələr müzakirə edildi. Birgə iqtisadi komissiyasının iclaslarının keçirilməsi, ticari mübadilələrin artımı və maneələrin aradan qaldırılması, region müstəvisində əməkdaşlıqların genişləndirilməsi danışıqların mövzularından idi”, deyə İran səfiri məlumat verib.

Teqlər