Brüsseldə Əliyev-Paşiniyan görüşünə razılıq verilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i383372-brüsseldə_Əliyev_paşiniyan_görüşünə_razılıq_verilib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti KİV-in Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə gözlənilən görüşü barədə suallarını cavablandırıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 21, 2021 14:29 Asia/Baku
  •  Brüsseldə Əliyev-Paşiniyan görüşünə razılıq verilib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti KİV-in Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə gözlənilən görüşü barədə suallarını cavablandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın cavabında deyilir: Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda, Aİ Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib. 

XİN rəsmisi “Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab edirik”,- deyə bildirib.