Noy 23, 2021 14:20 Asia/Baku
  • Minsk Qrupu rədd edilməli, Rusiyaya etiraz edilməlidir

Milli Məclisin üzvü deputat Fazil Mustafa Fransada Qarabağ separatçılarının nümayəndəliyinin açılmasına separatçıların Fransaya səfər etmələri və orada rəsmi qarşılanmalarına münasibət bildirərək Minsk Qrupundan imtina edilməsinə çağırıb.

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə,Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib: Azərbaycan əsgəri 44 günlük müharibədə yalnız Ermənistanı məğlub etmədi. Bu siyahıda məğlub edilən ölkələrdən biri də Fransadır. İndi bu məğlubiyyətin acısını çıxmaq üçün bu addım atılır. Azərbaycan nota verəndə Paris elan edir ki, bu dövlətin rəsmi mövqeyi deyil, hansısa şəxslərin və qurumların fəaliyyətidir.

 

O xatırladıb ki, bir müddət əvvəl Donbas separatçıları Parisdə nümayəndəlik açsa da, sonradan Qərb ölkələrinin reaksiyasından çəkinərək bunu qapadıb:

“Amma Qarabağla bağlı məsələni görməzdən gələrək başqa davranış sərgiləyir. Fransa bu addımı ilə Minsk Qrupunu rədd etmək üçün əsas verir. Biz bunu qiymətləndirməliyik”.

Deputat əlavə edib ki, separatçılar xaricə gedəndə onlara cinayət işi açılmalı, terrorçu kimi axtarışa verilməlidirlər:

“İkincisi, Rusiyaya etiraz etməliyik. Sülhməramlılar Azərbaycan rəsmilərinin vəzifələrini mənimsəməyə çalışan separatçılarla bağlı real addımlar atmalıdır”,-deyə deputat bildirib.

Teqlər