Noy 24, 2021 13:31 Asia/Baku
  • Sabir Rüstəmxanlı “Rüsumların artırılması ilə bağlı ciddi narazılıqlar var”

Azərbaycan Milli Məclisinin üzvü rüsumların artırılmasının cəmiyyətdə narazılıq doğurduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib: "Bu gün Azərbaycan cəmiyyətini rüsum və cərimələrlə bağlı məsələlər narahat edir. Artırılan cərimələr insanların əməkhaqqı, pensiyası ilə uyğun gəlmir. Bu şəkildə olmaz. Bu insanları narahat edir. Çölə çıxanda maskanı unudursan dərhal cərimə yazırlar. Rüsumların artırılması ilə bağlı ciddi narazılıqlar var. Cəmiyyətin böyük bir hissəsinin əsəbləri ilə oynayırıq. Buna cavab verilməlidir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə etiraf edib ki, bəzi rüsumlarda 20, 30, 40, 50 faiz artımlar var. Təbii ki, istənilən artım insanların cibinə təsir edir. 

Teqlər