2022-ci ilin dövlət büdcəsi qəbul edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i383724-2022_ci_ilin_dövlət_büdcəsi_qəbul_edilib
Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsi müzakirə və qəbul edilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 03, 2021 08:29 Asia/Baku
  •  2022-ci ilin dövlət büdcəsi qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsi müzakirə və qəbul edilib.

SəhərAzəri-nin məlumatına əsasən,iclasın gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Layihəyə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğindədir. Qanun layihəsi müzakirələrə qoyularaq qəbul edilib.