Pegasus ABŞ rəsmilərini də hədəfə aldı
Müttəfiqinə xəyanət edən İsrail Azərbaycanda da casusluq şəbəkəsi yaradıb
ABŞ rəsmilərinin telefonları İsrailin “Pegasus” cəsus proqramı ilə izlənilib. Sionist rejim öz casusluq şəbəkəsini genişləndirir.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın Dövlət Departamentində azı doqquz rəsminin “iphone” telefonları İsrail şirkətinin istehsal etdiyi “Pegasus” cəsus proqramı ilə izlənilib.
Bu barədə Reuters məlumat yayıb.
Bildirilib ki, naməlum hakerlər Dövlət Departamentində azı doqquz rəsminin “iphone” telefonlarına İsrailin “NSO Group” şirkətinin istehsal etdiyi “Pegasus” cəsus proqramı vasitəsilə sızıblar.
Amerika Milli Təhlükəsizlik Şurasının isə açıqlamasında deyilir:“Casus tətbiqlərinin amerikalı diplomatlar üçün ciddi əks-kəşfiyyat və təhlükəsizlik təhdidi yaratmağından narahatıq."
Qeyd edək ki, ABŞ-dan sonra Avropa İttifaqı da İsrailin bu şirkətinə sanksiya tətbiq etmək istəyir.
Cari ayın əvvəlində ABŞ İsrailin “NSO Group” şirkətini qara siyahıya salıb. ABŞ Ticarət Departamenti bildirib ki, onların bu qadağa qərarı şirkət tərəfindən istehsal edilən casus proqram təminatının xarici hökumətlərin rəsmilər, jurnalistlər, iş adamları, fəallar, elm adamları və səfirlik əməkdaşlarına qarşı istifadə edildiyinə dair sübutlara əsaslanıb.
Xatırladaq ki, sözü gedən proqram vasitəsilə İsrail şirkəti Azərbaycanda 1038 nəfərin bütün telefon danışıqlarını, yazışmalarını və hərəkət trayektiyalarını tamamilə nəzarətdə saxlayamağa nail olmuşdur. Bunların içərisində 600 nəfər siyasətçinin, 189 nəfəri media təmsilçisinin telefonları və yazışmaları tam nəzarətdə olmuş və 50 mindən artıq kontakt şəxslər müəyyənləşmişdir.
Maraqlıdır ki, İsrailin özü belə “Pegasus”u bir casus silahı kimi qiymətləndirib. Ona görə “Pegasus” proqramını şirkət özəl subyektlərə deyil, yalnız dövlətlərə satıb.
Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Aparan Araşdırmaçı Jurnalistlər Mərkəzi bildirib ki, İsrailin rejiminin "Pegasus" casus proqramından Azərbaycan dövlət rəsmilərinin telefonlarının izlənilməsi üçün də istifadə edilib.
Bu isə o deməkdir ki, İsrail rejimi casusluq oyunu ilə Azərbaycan kimi ölkələrin rəsmilərini tələyə salır, istənilən halda onlardan bac alır.