Dek 13, 2021 12:28 Asia/Baku
  • Təkcə İtaliya qalmışdı o da...

Bütün qərb dövlətləri arasında 44 günlük müharibə dövründə anti-azərbaycan mövqedən çıxış etməyən yeganə ölkə İtaliya da öz iç üzünü göstərmiş oldu. İtaliyanın Rai-1 telekanalından Azərbaycan Respublikasının vəhşi obrazının yaradılmasına cəhd göstərilib.

SəhərAzəri-nin Axar-az-a istinadən verdiyi məlumata görə, İtaliyanın Rai-1 kanalının jurnalisti Stefaniya Battistinin ötənilki 44 günlük müharibədən bəhs edən filmi yayılıb.

filmdə yalnız və yalnız erməni tərəfinin, daha doğrusu, erməni ombudsman Arman Tatoyanın fikirləri, onun təqdim etdiyi kadrlara istinad edilib və bütövlükdə azərbaycanlıların vəhşi obrazının yaradılmasına cəhd göstərilib.

Erməni əsgər meyitlərinin başını kəsməkdən tutmuş fosfor bombalarından istifadəyə, terrorçuların Azərbaycan tərəfdə “döyüşməsinə” qədər kadrların toplaşdığı “filmdə” faktın araşdırılması üçün müəllif heç bir cəhd etməyib, qarşı tərəfin mövqeyini öyrənməyib. “Film” yalnız Tatoyanın yanında oturub, onun kompüter və telefonundan təqdim etdiyi və əlbəttə ki, saxtalaşdırılan faktların üzərində qurulub.

Filmdə Azərbaycan Respublikası ermənilərə qarşı fosforlu bombalardan istifadə etməkdə də ittiham olunur. Filmdə isə həmin bombaların atılmasını əks etdirən kadrlar yayılır və bunun azərbaycanlılar tərəfindən edildiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Avropa dövlətlərinin 44 günlük müharibə dövründə tutduqları anti-Azərbvaycan mövqelərinin onların ziyanına olduğunu nümayiş etdirmək üçün müharibədən dərhal sonra İtaliya ilə yeni sazişlər imzaldı və bu ölkənin Azərbaycana qarşı mövqe tutmadığı üçün onunla əməkdaşlıqların daha da genişləndiriiləcəyini bildirdi.

44 günlük müharibə dövründə Avropa medialarının əksinə olaraq Rai-1 kanalı da kəskin ermənipərəst mövqe tutmamışdı.

İndi həmin telekanalın digər Avropa medialarını kölgədə qoyması İtaliyanın da bu sahə də digər qərb dövlətlərindən fərqlənmədiyini nümayiş etdirir.  

Anti-Azərbaycan mövqelərində öndə gedən Fransa qarşısında güzəştə gedən Azərbaycanın İtaliyaya qarşı hansısa reaksiya göstərəcəyi inandırıcı görünmür.

Teqlər