ABŞ Dövlət Departamenti:
Bakı müxaliflərə qarşı terrorizm ittihamından istifadə edir
ABŞ dövlət Departamenti bildirir ki, Azərbaycan Respublikası iqtidarı müxaliflərini cəzalandırmaq üçün onlara qarşı terrorizmlə bağlı ittiham irəli sürür.
ABŞ Dövlət Departamentinin terrorizmə qarşı mübarizəyə dair illik milli hesabatlarında artıq ikinci dəfədir ki, hakimiyyətin siyasi opponentləri və dini fəalları terrorçular kimi təqdim etmək və yaxud onların hərəkətlərini "terrorizm" və ya "ekstremizm" kimi tövsif etmək cəhdlərindən danışılır,
SəhərAzəri-nin Turana istinadən verdiyi məlumata görə,Cümə axşamı dərc olunan 2020-ci il üçün terrorizmə qarşı mübarizə haqqında hesabatda Azərbaycan Respublikasının terrorizm ilə mübarizə fəaliyyətlərinə toxunulsa da bildirilir ki, hüquq-mühafizə orqanları bu və ya digər hərəkətləri özbaşına "terrorizm" və ya "ekstremizm" kimi tövsif edirlər ki, bu da siyasi opponentləri və dini fəalları məhkəmə təqibi, həbs və amansız rəftarın obyektlərin çevirir".
Müəlliflər insan hüquqlarına əməl olunması və dini azadlıq haqda Dövlət Departamentinin hesabatlarına stinad edərək Azərbaycan Respublikası iqtidarının terrorizm ilə mübarizə adı altında sui-istifadə faktlarını xatırladırlar və əlavə olaraq qeyd edirlər ki"Belə adamlar Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsi tərəfindən fiziki zorakılığa xüsusilə həssasdırlar".
Buna misal olaraq, müxalifətyönlü Xalq Cəbhəsi Partiyasının üzvü, terrorizmin maliyyələşdirilməsi ittihamı ilə 13 il həbs cəzasına məhkum olunmuş Niyaməddin Əhmədovun işi yada salınır.
Əhmədov 2020-ci ildə saxlanılıb və ilkin olaraq koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin qaydalarını pozmaqda ittiham olunub. Daha sonra onu terrorizmin maliyyələşdirilməsində ittiham ediblər. Hüquq- müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar və ittihamları "absurd" adlandırırlar.