Dek 17, 2021 13:32 Asia/Baku
  • +VİDEO
    +VİDEO

Azərbaycan Respublikası parlamentinin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Media haqqında” qanun layihəsinə qarşı geniş tənqidlərə münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında videokonfrans formatında “Media haqqında” qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Dünən medianı müxtəlif məsələlərə görə tənqid edənlər bu gün sanki əvvəlki vəziyyətin qorunub saxlanılmasına çalışırlar.

Z. Oruc bildiib ki, qanun blogerlərin fəaliyyətini tənzimləmir, yalnız peşəkar səviyyədə jurnalistlərin fəaliyyətinin tənzimləməsini nəzərdə tutur. “Layihədə jurnalistlərlə bağlı ali təhsil tələbinə gəlincə, bu, beynəlxalq təcrübədə də belədir”.- deyə Zahid Oruc bildirib.

Komitə sədri qanun layihəsində ağır və xüsusilə ağır cinayətlər törədən, məhkumluğu olan şəxslərin media subyekti olmasına qoyulan qadağa ilə bağlı səslənən etirazlara da münasibət bildirib: “Bu, həm dövlətdaxili, həm də xarici hüquqi aktlarda özünə geniş yer tapıb.

Zahid Oruca görə media sahəsinin əhəmiyyəti nəzərə alınaraq bu sahənin nümayəndələri üçün ciddi tələblər müəyyənləşib.

Parlamentin komitə sədri qanun layihəsində siyasi partiyalar və dövlət orqanlarının media subyektləri yaratmasına qoyulan məhdudiyyətə də toxunub: “siyasi partiyanın internet, Yotube üzərindən hansısa formada yayım aparması yenə də olduğu kimi davam edəcək.” deyən deputat siyasi partiyaların televiziya sahibi olmasını qeyri-mümkün hesab dib.  

Son günlər Azərbaycan Respublikasında onlarla jurnalist, media mənsubu, siyasi fəal, hüquqşunas və ictimai xadim “Media haqqında” təklif olunan Qanunu layihəsinə etiraz əlaməti olaraq açıq müraciət ediblər.

 

Teqlər