Dek 18, 2021 13:33 Asia/Baku
  • Əli Kərimli: İran-Naxçıvan marşrutu ən təhlükəsiz marşrutdur

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Azərbaycan Respublikasının Naxçıvana birləşdirilməsi üçün İran marşrutunun Ermənistan marşrutundan daha etibarlı hesab edib.

SəhərAzəri-nin məlumatına əsasən, partiya sədri əmin olduğunu bildirib ki, İran və Ermənistan Naxçıvanla əlaqə üçün iki variant kimi təqdim olunarsa, Azərbaycan vətəndaşlarının əksəriyyəti Naxçıvana gediş-gəlişdə İran marşrutuna üstünlük verəcəklər.

AXCP lideri Osmanqızı TV-yə müsahibəsində vurğulayıb: “Zaman-zaman İranla müəyyən problemlərin ortaya çıxmasına baxmayaraq, Rusiyanın xarici təhlükəsizlik qüvvələrinin nəzarətində olacaq Ermənistanın yolu deyil, İrandan Naxçıvana gedən yol daha təhlükəsiz yoldur.

Əli Kərimli Azərbaycan vətəndaşlarına sual verib ki, Naxçıvana doğru biri İrandan, digəri Ermənistandan iki dəmir yolu çəkilsə, hansına daha çox güvənəcəklər? “Şuşa şəhərinin girəcəyində bizə qumbara atmaq xüsusiyyətinə malik ermənilərin Naxçıvana gedən qatarda öz torpaqlarında bunu etməyəcəklərinə kim zəmanət verə bilər?”,-deyə AXCP sədri bəyan edib.

Onun sözlərinə görə, tamamilə aydındır ki, Ermənistan Azərbaycan Respublikasının dəmir yolu ilə Rusiya, İran və Türkiyə ilə birləşdiriləcək. Azərbaycan Respublikası isə problemli marşrut əldə edəcək. “Əvvəldən 10 noyabr 2020-ci il tarixli razılaşmaya əsasən bəlli idi ki, Zəngzurda Laçın dəhlizi kimi dəhliz olmayacaq və yalnız kommunikasiya yolları açılacaq”.

Əli Kərimli əlavə edib: “Zəngzur bizim tarixi torpağımız olsa da, təəssüf ki, bu rayon uzun müddət Ermənistan ərazisi kimi tanınır. Əgər İlham Əliyev həqiqətən də Zəngzurdan dəhliz ala biləcəyini düşünsəydi, İkinci Qarabağ müharibəsinə son qoyan sənədi imzalayanda bu tələbi irəli sürərdi.”

AXCP sədrinin qənaətincə, bu nəqliyyat marşrutları ən çox Rusiya üçün lazımdır. Çünki, Azərbaycan Respublikasının Naxçıvana və Türkiyəyə nəqliyyat marşrutu var. Son illər Azərbaycan Respublikasının büdcəsindən milyardlarla dollar vəsait hesabına Bakı-Qars-Naxçıvan dəmir yolu çəkilib və bu marşrut vasitəsilə ölkə hətta Çin də Türkiyə və Avropa ilə birləşir. “Azərbaycan Respublikasının həm İran, həm də Türkiyə vasitəsilə Naxçıvana çıxışı var və İrana gedən yol Ermənistandan daha təhlükəsizdir.

Teqlər