Aİ yenə Azərbaycan Respublikasını güzəştə məcbur etdi +VİDEO
Azərbaycan Respublikası 10 təxribatçı erməni hərbçini Avropa Birliyi Şurasının tələbi ilə Ermənistana təhvil verib. Həmin hərbçilərin kəlbəcərdə Azərbaycan Respublikası hərbçilərinə qarşı hücum əməliyyatında saxlanıldıqları deyilir.
SəhərAzəri-nin məlumatına əsasən,Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, Azərbaycan Respublikası 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bildirdiyinə görə, təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıb.
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin saxlanılan erməni hərbçiləri Ermənistan tərəfə təhvil verilməsini alqışlayıb.
Şarl Mişel bu barədə "Twitter"də paylaşım edib.
“Bu Brüsseldə müzakirə edildiyi kimi etimadı gücləndirmək üçün qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jestdir", - deyə o bildirib.
Aİ Şurasının Prezidenti qeyd edib ki, Aİ tərəfi saxlanılanların İrəvana transferin həyata keçirib.
Azərbaycan Respublikası 4 dekabr 2021-ci il tarixində də qarşı tərəfə 10 nəfər erməni əsilli hərbi qulluqçunu təhvil vermişdi.
Şarl Mişelin bu təşəbbüsü qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində qiymətləndirməsinə baxmayaraq, indiyədək nə Rusiya nə də Aİ tərəfindən Ermənistandan da etimadın gücləndirilməsi üçün hansısa təşəbbüs həyata keçirməsi tələb olunmayıb.