Dek 21, 2021 13:11 Asia/Baku
  • Ermənistan iki azərbaycanlı hərbçini geri qaytarıb

Dekabrın 18-də yolu azaraq Ermənistan tərəfə keçən iki azərbaycanlı hərbçi geri qaytarılıb.

SəhərAzəri-nin məlumatına əsasən, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Aparılmış danışıqlar nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlunun  və əsgər Mustafayev Murad Mikayıl oğlunun  dünən geri qaytarılması təmin olunmuşdur.

Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Teqlər