Azərbaycan Respublikası Fransaya nota verdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i384374-azərbaycan_respublikası_fransaya_nota_verdi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti Fransada prezidentliyə namizəd Valeri Pekrezin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı bu ölkəyə nota verildiyini bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 23, 2021 14:37 Asia/Baku
  • Azərbaycan Respublikası Fransaya nota verdi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti Fransada prezidentliyə namizəd Valeri Pekrezin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı bu ölkəyə nota verildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Məlumatda deyilir: 2021-ci ilin 22 dekabr tarixində Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.

Məlumatda digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı olduğu eləcə də milli qanunvericiliyini pozduğu deyilir.

“Bununla əlaqədar, Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.”- deyə XİN-in məlumatında bildirilir.

Məlumatda Fransada prezidentliyə namizəd olan adamın Xankəndinə səfərinin Fransanın son vaxtlar regionda öz nüfuzunu bərpa etmək cəhdlərinə də xələl gətirdiyi diqqətə çatdırılıb.

XİN bildirir ki, “Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib.”