Separatçıların başçısı tərəfindən
Azərbaycan Respublikası müharibə ilə hədələndi
Qondarma qarabağ respublikasının başçısı Arayik Arutyunyan Qarabağın “işğal olunmuş ərazilərinin azad edilməsi” uğrunda döyüşməyə hazır olduğunu qeyd edib.
SəhərAzəri-nin məlumatına əsasən, “Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması bizim əsas istinad nöqtəmizdir” deyən separatçıların başçısı bildiri ki, heç bir hökumət bu xəttdən kənara çıxa bilməz.
Separatçıların başçısı Azərbaycan daxilində hərhansı status məsələsinə qarşı çıxaraq deyib: “Artsax xalqı və hakimiyyətləri heç vaxt və heç bir şəkildə Azərbaycan daxilində hər hansı statusu qəbul etməyəcəklər”.
Arayik Arutyunyan, bəyanatında ermənilərlə azərbaycanlıların birgə yaşaması ehtimalını rədd edib, Qarabağın “işğal olunmuş ərazilərinin azad edilməsi” uğrunda döyüşməyə hazır olduğunu qeyd edib.
Deyilənlərə görə separatçıların başçısının bu bəyanatı dekabrın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanla onlayn müsahibə ilə bağlıdır.
Narazılığın əsas səbəbi Paşinyanın Qarabağın Azərbaycanın tərkibində olması ehtimalı ilə bağlı açıqlamaları olub.
Bundan əlavə, Paşiniyan, bu bölgənin azərbaycanlı əhalisinin haqları və beynəlxalq ictimaiyyətin Qarabağın Azərbaycanın bir hissəsi olması olduğunu bildirib.
44 günlük mühribədən sonra Qarabağa Azərbaycan Respublikasının nəzarətinin təmin olunmaması, Qarabağ separatçılarının olduğu kimi öz fəaliyyətini davam etdirməsi, Rusiya sülhməramlılarının faktiki olaraq separatçıları tanıması və onlarla əməkdaşlıq aparması, indi də separatçıların başçısının Azərbaycanı müharibə ilə hədələməsi Azərbaycan ərazilərinin bu hissəsinin taleyi barədə ciddi nigaranlıqlara səbəb olub.