Bakıda gizli saxlanılan görüş
Mədəniyyət xadimləri Moskvada görüşüblər
Ötən cümə günü Moskvada Azərbaycan və Ermənistan mədəniyyət xadimlərinin görüşü keçirilib. Görüş Rusiya prezidentinin mədəniyyətlərarası əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyilə təşkil edilib.
SəhərAzəri-nin Turana istinadla verdiyi məlumata görə,görüşün təşkilatçıları onun məqsədləri və nəticələri barədə məlumat verməyiblər. İştirakçıların özlərinə gəlincə, Azərbaycan tərəfi, ümumiyyətlə, bu barədə ictimaiyyətə heç bir məlumat verməyib.
Bu görüşdə Azərbaycanı təmsil edənlər kimliyi barədə erməni mənbələrindən məlum olub: Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Dillər Universitetinin rektoru Kamal Abdulla, kinotənqidçi Ayaz Salayev və Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova.
Erməni mənbələrin məlumatına görə, görüş iki saat yarım davam edib.
Məlumata görə,hər iki tərəf iki ölkə siyasətçilərinin söylədiklərini təkrarladıqlarına görə heç bir nəticə əldə olunmayıb.