Sankt-Peterburqda görüş baş tutubmu?
https://azeri.sahartv.ir/news/azərbaycan-i384549-sankt_peterburqda_görüş_baş_tutubmu
Müstəqil Dövlətlər Birliyinin qeyri-formal sammitində iştirak üçün Rusiyaya səfər etmiş Azərbaycan Respublikası prezidenti İlham Əliyev dekabrın 28-də axşam Sankt-Peterburqdan Bakıya qayıdıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 29, 2021 08:35 Asia/Baku
  • Sankt-Peterburqda görüş baş tutubmu?

Müstəqil Dövlətlər Birliyinin qeyri-formal sammitində iştirak üçün Rusiyaya səfər etmiş Azərbaycan Respublikası prezidenti İlham Əliyev dekabrın 28-də axşam Sankt-Peterburqdan Bakıya qayıdıb.

SəhərAzəri-nin məlumatına əsasən,bu görüş iştirakçılarının yekun bəyanatı olmayıb. İlham Əliyevin Nikol Paşinyanla gözlənilən görüşü barədə də məlumat verilmir.

Dekabrın 29-da səhər nə Bakı, nə də Yerevan bu məsələni şərh etməyiblər və aydınlıq gətirilməyib. Amma görüşlə bağlı videogörüntülərdən aydın olur ki, Azərbaycan və Ermənistan liderləri bir-iki kəlmə danışıblar.

Turan xəbər agentliyi bu barədə yazır: Ola bilsin ki, tərəflər görüş faktını və hansısa razılaşmanı açıqlamamaq qərarına gəliblər. Ancaq o da ola bilər ki, görüş baş tutmayıb, ya da tərəflər hər hansı razılığa gələ bilməyiblər.