İslam ümməti tezliklə şəhid generalın başladığı qəti qələbənin şahidi olacaqdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i384688-İslam_ümməti_tezliklə_şəhid_generalın_başladığı_qəti_qələbənin_şahidi_olacaqdır
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib ki, şəhid Hacı Qasim Süleymani terrorla mübarizədə ümumdünya səviyyəsində tanınan bir qəhrəman olmaqla yanaşı, milli qəhrəmanımız və İslam ümmətinin qəhrəmanı idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2022 16:39 Asia/Baku
  •  İslam ümməti tezliklə şəhid generalın başladığı qəti qələbənin şahidi olacaqdır

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib ki, şəhid Hacı Qasim Süleymani terrorla mübarizədə ümumdünya səviyyəsində tanınan bir qəhrəman olmaqla yanaşı, milli qəhrəmanımız və İslam ümmətinin qəhrəmanı idi.

Onun sözlərinə görə, şəhid Süleymaninin şəhadəti ilə daha rahat və təhlükəsiz bir dünyaya sahib olacaqlarını güman edənlər ciddi səhvə yol verdilər və şəhid Süleymanidən sonrakı dünya İŞİD və terrorçular, eləcə də bu terrorçuları yaradanlar üçün təhlükəsiz olmadı. Şəhid Süleymaninin qatilləri və onlara bu qətli yerinə yetirməyə göstəriş verənlər, bu qanlı cinayətə görə cavab verməli olacaqlar və İslam ümməti tezliklə şəhid Süleymaninin başladığı qəti qələbənin şahidi olacaqdır.