Leyla Abdullayeva “Bakıda ermənilərə qarşı qırğın” iddiasına cavab verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i385122-leyla_abdullayeva_bakıda_ermənilərə_qarşı_qırğın_iddiasına_cavab_verib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan tərəfini münasibətlərin normallaşması istiqamətində səylərin getdiyi bir zamanda artıq qırğın iddialarını təkrarlamaqdan çəkinməyə çağırıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 16, 2022 11:18 Asia/Baku
  •  Leyla Abdullayeva  “Bakıda ermənilərə qarşı qırğın” iddiasına cavab verib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan tərəfini münasibətlərin normallaşması istiqamətində səylərin getdiyi bir zamanda artıq qırğın iddialarını təkrarlamaqdan çəkinməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan XİN-in Bakıda 1990-cı ilin yanvar ayında erməni əhalisinə qarşı qırğın törədilməsi ilə bağlı iddiasını əsassız hesab edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bu iddianı Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdən propaqanda adlandırıb.

Leyla Abdullayeva ermənilər tərəfindən bu kimi iddiaların Ermənistanla Azərbaycan arasında yüz minlərlə insanın böyük iztirablarına səbəb olan dağıdıcı münaqişəyə gətirib çıxardığını deyib: “Hazırda münaqişədən sonrakı dövlətlərarası münasibətlərin normallaşması məsələlərinin müzakirə mövzusu olduğu bir vaxtda Ermənistan XİN-in yenidən bu kimi əsassız və destruktiv bəyanatlarla çıxış etməsi qarşı tərəfin münasibətlərin normallaşmasına çalışmadığını, əksinə zərərli fikirlərlə öz cəmiyyətlərini zəhərlədiklərini göstərir. Bu isə təəssüf doğurduğu qədər təhlükəlidir”,- deyə XİN sözçüsü bildirib.