Leyla Abdullayevadan Fransaya sərt reaksiya
Fransa XİN başçısı diplomatik ənənələri anlamır
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa xarici işlər nazirinin Milli Assambleyadakı çıxışına sərt reaksiya verib.
SəhərAzəri-nin məlumatına əsasən,L. Abdullayeva Fransa XİN başçısının Azərbaycan Respublikasının Prezidentinin Valeri Pekressin Azərbaycana qanunsuz səfəri ilə əlaqədar açıqlamasını lağa qoymasına sərt münasibət bildirərək deyib: Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir.
Leyla Abdullayeva Fransa XİN başçısının bunu anlamadığını diqqətə çəkiv ə əlavə olaraq bildirib: Prezident İlham Əlyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir; bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır.
Azərbaycan Respublikası XİN rəsmisi Pekressin Fransa prezidentliyinə namizədlik statusunun ona Azərbaycan qanunlarından üstün olmaq imtiyazı vermədiyini vurğulayıb və deyib: Xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz səfər etdikdə onlara münasibətdə ya inzibati, ya da ölkənin Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq ölçü götürülür.
Leyla Abdullayeva Fransa dövlətinin həmişə anti-Azərbaycan mövqedə olduğunu da yada salıb: “ Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kimə sirr deyil. Fransa Milli Assambleyasının hər iki palatasının hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlı Qarbağ Respublikasını” tanımağa çağıran sənədlər qəbul etmişdir”,- deyə azərbaycanlı diplomat bildirib.
Bəyanatda Fransa XİN başçısının açıqlamasının bu ölkə prezidentinin 15 dekabr 2021-ci il tarixində İlham Əliyev ilə görüşündəki jestinə zidd olduğu diqqətə çatdırılıb və sonda belə vurğulanıb: “İstər Fransa, istərsə də digər dövlətlərin nümayəndəsi bir daha Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfər edərsə, Azərbaycan öz Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində lazımı addımları atacaqdır”.