Yan 19, 2022 12:28 Asia/Baku
  • Azadlığa buraxılan AXCP üzvü işkəncə olunduğunu deyib

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlizamin Salayev yanvarın 19-da azadlığa buraxılıb.

SəhərAzəri-nin məlumatına əsasən,O bildirib ki, ötən ilin noyabrında Milli Məclis tərəfindən qəbul edilmiş Amnistiya aktı ilə və həbs müddətinin bitməsinə 6 ay qalmış azadlığa buraxılıb.

Salayevin sözlərinə görə, həbsdə olduğu müddətdə səhhətində ciddi problemlər yaranıb, gözləri fəaliyyətini itirib, ayaqları tutulur, daxili orqanlarında da problem var.

Əlizamin Salayev bütün bunların həbsdə gördüyü işgəncələr və keçirdiyi  aclıq aksiyaların nəticəsi adlandırıb.

Əlizamin Salayev 2020-ci il aprelin 20-də Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adı çəkilən polis əməkdaşı ilə mübahisəsinin videosunu yaymışdı. Həmin videoda AXCP fəalı Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Teqlər