Yan 26, 2022 12:42 Asia/Baku
  • Rusiya şirkətləri Qarabağda işləmək üçün haraya müraciət ediblər?

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il Rusiyadan iki biznes missiya Azərbaycana səfər edib. Keçirilən biznes forumlarda iqtisadi sahədə əməkdaşlıq müzakirə olunub ki, bura Qarabağda fəaliyyət də daxildir.

SəhərAzəri-nin məlumatına əsasən,Səfir bildirib ki, indiyədək 14 Rusiya şirkəti Qarabağda yenidənqurma işlərində iştirak etmək üçün müraciət edib: “Bu sahələrə kənd təsərrüfatı, tikinti materialları, dəmiryolu xətti, enerji obyektlərinin tikilməsi daxildir. Lakin bu şirkətlərin neçəsinin müraciətinin qəbul olunacağı hələ bəlli deyil”,- deyə səfir bildirib.

Rusiyanın Azərbaycan Respublikasındakı səfiri sözü gedən 14 rusiyalı şirkətin Qarabağda işləmək üçün Azərbaycan Respublikasının hansı müvafiq nazirliklərinə müraciət etdiyini aydınlaşdırmayıb.

Bu günədək Azərbaycan Respublikası hökumətinin hansısa nazirliyindən Qarabağda fəaliyyət üçün xarici şirkətlərin müraciətləri barədə heç bir məlumat yayılmayıb.

Teqlər