"Human Rights Watch"-dan rəsmi Bakıya qarşı növbəti hücum
“Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber "Vətəndaş və İnkişaf" Partiyasının sədri Əli Əliyevin həbsini "sərt qərar" adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən,"Əli Əliyevin böhtan ittihamı ilə azadlıqdan məhrum edilməsi hökmü həddindən artıq amansız və biabırçı qərardır", deyə Denber Osmanqızı TV kanalına müsahibəsində bildirib.
"Böhtana görə cinayət məsuliyyəti yolverilməzdir. Bu, insan hüquqları prinsiplərinin Azərbaycanın da tərəf olduğu beynəlxalq sazişlərə zidd olan açıq-aşkar pozuntusudur. İnsanları böhtan ittihamı ilə həbs etmək olmaz", deyə Denber bildirib.
O, məhkəmənin "tələskənliyinə" diqqət çəkib. "Məhkəmənin necə tez və hansı formada keçirildiyi hökmün əvvəlcədən müəyyən edildiyini göstərir", deyə Denber bildirib.
Xatırladaq ki, Əliyevin Sərhəd Xidmətinin qəzaya uğrayan Mi-17 helikopterində sağ qalanların olacağına şübhə ifadə etdiyi müsahibə ona qarşı beş ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə nəticələnib.