Fev 10, 2022 17:40 Asia/Baku
  • İkinci Qarabağ müharibəsi iştirakçısı özünü asıb

Beyləqanda İkinci Qarabağ müharibəsi iştirakçısı olmuş 24 yaşlı kişi özünü asaraq intihar edib.

SəhərAzəri-nin məlumatına əsasən, hadisə rayonun Şərq qəsəbəsində qeydə alınıb.

Məlumatda deyilir ki, qəsəbə sakini, 1998-ci il təvəllüdlü Məmmədov Elxan Mehman oğlu yaşadığı evin tövləsində özünü asaraq intihar edb.

Elxan Məmmədov İkinci Qarabağ müharibəsi iştirakçısı olub.

Yerli ekspertlər Qarabağ qaziləri və müharibə iştirakçıları arasında intihar hallarının artması barədə bildirirlər ki, bunun səbəbi onların psixoloji durumu ilə bağlıdır. Belə ki, bu şəxslərin həm maddi, həm də sağlıq durumlarında problemlər yaranır. Nəticədə insan qayğısızlıqdan bezir. Digər tərəfdən bəzi dövlət məmurlarının qazilərə və Qarabağ döyüşçülərinə qarşı soyuq münasibəti, hörmətsizliyi, onları aşağılamaları onları həyatdan küsdürür; nəticədə qarşılarında intihardan başqa yol qalmır.

 

Teqlər