Fev 13, 2022 13:58 Asia/Baku
  • Ata azyaşlı qızını və hamilə yoldaşını bıçaqla qətlə yetirib

Şəmkir rayonunun Çinarlı qəsəbəsində bir kişi özünün 8 yaşlı qızını və hamilə yoldaşını bıçaq zərbələri vuraraq qətlə yetirib.

SəhərAzəri-nin Rayon prokurorluğuna istinadən verdiyi məlumata görə fevralın 13-də təxminən saat 07 radələrində baş verən cinayət şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilib.

Qatil turularaq istintaqa cəlb edilib.

Son vaxtlar Azərbaycan Respublikasında məişət zəminində cinayət halları barədə mediyada yayılan məlumatların sayı artıb. Hələ bu barədə rəsmi statistikalar olmasa da iki gün öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi Kollegiya iclasında komitə sədri Bahar Muradova ötən il bu komitəyə müraciətlərdə artımın olmasından xəbər vermişdir.

O qeyd edib ki, ötən il Komitəyə 3852 müraciət daxil olub: "Müraciətlərdə 2020-ci ilə nisbətdə artım müşahidə olunub. Bu problemlərin çox olduğunu göstərə bilər”,- deyə Bahar Muradova bildirib.

 

Teqlər