Cavanşir Feyziyevin məhkəməyə verildiyi deyilir
Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edilib.
SəhərAzəri-nin məlumatına əsasən,Yerli KİV-lər bildirir ki, onun barəsində xüsusi ittiham qaydasında şikayət verilib.
Cavanşir Feyziyev barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (Böhtan) cinayət işinin başlanılması istənilir.
Məlumatda qeyd edilir ki,Fevralın 17-də Səbail Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Bir neçə gün öncə media və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunurdu. Bundan sonra deputat feysbukda status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir etmişdi. Təhqirə məruz qalan jurnalistlər isə kəskin reaksiya göstərdikdən sonra Feyziyev statusunu silmiş, Mətbuat Şurasının İdarə Heyətindən istefa verdi.