Deputatdan MN-dəki yeyintilərə sərt reaksiya:
“Bu, hansısa şəhidin, qazinin qanı bahasına yeyilən puldur.”
Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Müdafiə Nazirliyində son günlər aşkarlanana yeyinti halları ilə bağlı kəskin mövqe bildirərək deyib: “Nəzarətsiz müdafiə və təhlükəsizlik orqanlarının olması ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər”.
SəhərAzəri-nin məlumatına əsasən, Deputat bildirib ki, “44 günlük müharibədə qazandığımız qələbəni Müdafiə Nazirliyində xımır-xımır yeyiblər.
Deputata görə bu, hələ alt qurumda həyata keçirilən yoxlamadır və yuxarı qurumlarda bunun həcmi yüz milyonlarladır.
Deputat Fazil Mustafa Müdafiə Nazirliyində yeyilən pullarla Mədəniyyət Nazirliyində yeyilən pulların eyni olmadığını bildirib: “Bu, hansısa şəhidin, qazinin qanı bahasına yeyilən puldur. Biz onların qarşısında sabah cavab verə bilmək üçün məsuliyyət daşıyanları məhkəmə prosesinə cəlb etməliyik”,-deyə bildirib.