Fev 18, 2022 07:47 Asia/Baku
  • Azərbaycan sinaqoqun bərpasında fəallıq nümayiş etdirir

Azərbaycan hökuməti Los-Ancelesdə yanğın nəticəsində dağılmış Xabad sinaqoqunun bərpasına yardım göstərir.

SəhərAzəri-nin məlumatına əsasən, Kaliforniyanın Almaden vadisində yerləşən Xabad Evi sinaqoqu təxminən 2 ay əvvəl baş vermiş yanğın nəticəsində tamamilə yararsız vəziyyətə düşüb. Onun bərpasına isə gözlənilməz mənbə – Azərbaycan hökuməti dəstək verir.

Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu barədə ölkəsinin xeyriyyəçiliyini əsaslandırmağa çalışıb. Diplomat Jewish Weekly nəşri ilə müsahibədə deyib: “Bu, əhalisinin əksəriyyəti müsəlman olan, müsəlmanlarla yəhudilər arasında sülhün mümkün olduğunu göstərən Azərbaycanın konfessiyalararası harmoniya və anlaşmaya dəstəklə bağlı uzun illərdir yürütdüyü siyasətlə üst-üstə düşür”.

Ağayev sinaqoqun bərpasına maliyyə yardımı ayrılacaqlarını ilk dəfə bu il yanvarın 27-də “Twitter” hesabından bəyan etmişdi. “Ötən ilin dekabrında baş vermiş yanğın nəticəsində San-Xosedəki Xabad Evi sinaqoqunun dağıldığını öyrəndim və bu, məni kədərləndirdi. Sinaqoqun təntənəli açılışını səbirsizliklə gözləyirəm”, - deyə baş konsul o zaman bildirirdi.

Yəhudi ravvin Mendel Vaynfeld Azərbaycanın sinaqoqa yardımını əsas inancın inanılmaz ifadəsi kimi xarakterizə edib.

Ravvin Azərbaycan hökumətinin bu işə nə qədər maliyyə ayırdığını açıqlamayıb. Məbləği azərbaycanlı konsul da dilə gətirməyib.

Nəsimi Ağayev İsrailə xoş gəlsin deyə, onu da bildirib ki, Fars körfəz bölgəsindəki dostları ilə də əlaqə saxlayıb, onlardan Xabad sinaqoqunun bərpasına yardım göstərmələrini xahiş edib.

Qeyd edək ki, diplomatik korpusun "xeyirxahlığı" Azərbaycanda narazılıqla qarşılanır və əhali zəngin yəhudilərə aid sinaqoqun deyi, Qarabağ müharibəsi nəticəsində dağılmış məscidlərin bərpasına önəm verilməsini vacib hesab edir. 

Teqlər