Haqqın.az İran prezidentinin Azərbaycan siyasətini araşdırıb
Rəisi Azərbaycanla əməkdaşlıq yolunu tutub
Haqqın.az portal prezident Rəisinin Azərbaycanla bağlı yeni əməkdaşlıq strategiyasını şərh edib.
SəhərAzəri-nin məlumatına əsasən, müəllifi Elnur Məmmədov olan yazıda bildirilir ki, İran prezidenti Gilan vilayətinə son səfərində öz strategiyası ortaya qoyaraq Şimal-Cənub dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolunun İrana əhəmiyyətli iqtisadi faydalar gətirəcəyini və qonşu ölkələrlə əlaqələrin inkişafına kömək edəcəyini vurğulayıb.
“Haqqin.az” həmçinin İran və Azərbaycan Respublikası arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlığa toxunaraq yazır: “İranda Astara dəmir yolu terminalı üç ildən artıqdır fəaliyyət göstərir və tikinti işləri başa çatdıqdan sonra tam şəkildə işləyəcək. Eyni zamanda Rəşt-Astara avtomobil yolunun dörd zolağa çevrilməsi Bakı-Astara-Rəşt avtomobil yolu vasitəsilə gediş-gəlişi əhəmiyyətli dərəcədə artıracaq.
Məqalədə sonra İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvinin İran və Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin əsas marşrutu üzərində olması və Astara-Rəşt dəmir yolunun tikintisi üçün konsorsiumun yaradıla biləcəyi barədə sözlərinə istinad edilib. Musəvi deyib ki, əgər konsorsiumun yaradılması mümkün olmasa, İran dəmir yolunu təkbaşına tikəcək.
Haqqın.az bunu İran rəhbərliyinin açıq mesajı kimi qiymətləndirir.
Müəllif onu da qeyd edir ki, Fars Körfəzi-Qara Dəniz nəqliyyat marşrutunun istifadəyə verilməsi İranla Azərbaycan Respublikası arasında ən böyük nəqliyyat layihəsidir və ötən ilin dekabrından bu dəhliz vasitəsilə yüklərin sınaq transferi həyata keçdi və gələcək aylarda sınaq yükləri İrandan Azərbaycana, oradan isə Gürcüstan limanları vasitəsilə Şərqi Avropa ölkələrinə daşınacaq.
Məqalənin sonunda deyilir: Bu gün Bakı və Tehranın nəzərdən keçirdiyi ən mühüm məsələlərdən biri tranzitdir. Azərbaycan və İranın əlverişli coğrafi mövqeyi iki ölkəyə bu sahədə sıx və faydalı əlaqələr qurmağa imkan verir. Hər iki tərəf iqtisadi əməkdaşlıqdan maksimum yararlanmaq əzmindədir.