Fev 21, 2022 13:17 Asia/Baku
  • Azərbaycan XİN Ermənistanın mövqeyini qınadı

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin 20 fevral 1988-ci il tarixli qərarını dəstəkləyən bəyanatı rəsmi Bakı tərəfindən qınanılıb.

 SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti Ermənistan XİN-in bu hərəkətinə cavab olaraq bildirib ki, Ermənistanın dəstəklədiyi SSRİ DQMV-nin 20 fevral 1988-ci il tarixli qərarı elə SSRİ-nin öz Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edib.

Bəyanatda Ermənistanın separatçılara dəstək siyasətinin Azərbaycanın ərazilərinin bir hissəsinin 30 ilə yaxın hərbi işğal altında qalmasına, bu torpaqlarda qanlı etnik təmizləməyə, bir milyon azərbaycanlının fundamental hüquqlarının pozulmasına gətirib çıxardığı bildirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazilərinin ermənilərin yaşadığı hissəsində separatçı rejimin fəaliyyəti və həmin rejimin Rusiya Sülhməramlılarının təhlükəsizlik çətri altında himayə olunması Ermənistan tərəfindən də bu ərazilər barədə iddiaların davam etməsi ilə nəticələnib.

Teqlər