Azərbaycan Respublikasının müdafiə nazirindən başsağlığı mesajı
-
general-polkovnik Zakir Həsənov
Azərbaycan Respublikasının müdafiə naziri İran İslam Respublikası Ordusunun bir qırıcı təyyarəsinin qəzaya uğraması ilə bağlı İranın Silahlı Qüvvələrin Baş Qərargah rəisi və müdafiə nazirinə başsağlığı verib.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi- general-mayor pasdar Məhəmməd Baqiriyə və müdafiə naziri- briqada generalı Məhəmməd Rza Aştianiyə ayrı-ayrı mesajlarda təlim keçən qırıcının qəzaya uğraması və onun pilotlarının şəhid olmaları ilə bağlı başsağlığı verib və İran dövləti və xalqının kədərilə bölüşüb.
Bazar ertəsi- fevralın iyirmi birində İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi- Təbrizdə yerləşən Şəhid Fəkuri adına bazaya məxsus F-5 təlim təyyarəsi texniki nasazlıq nəticəsində qəzaya uğrayıb və onun iki pilotu şəhid olubdur.