Fev 25, 2022 14:00 Asia/Baku
  • Ukrayna barədə rəsmi bakı mövqe bildirdi

Azərbaycan Respublikası prezidentinin köməkçisi ölkəsinin Ukraynada gedən hadisələrlə bağlı mövqeyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Hikmət Hacıyev deyib:“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsi çox vacibdir.

Hikmət Hacıyev atəşkəsə nail olmağın təməl addımlardan biri olduğunu vurğulayıb. 

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şuranın video formatda keçirdiyi xüsusi iclasında Ukraynada və ətrafındakı vəziyyətə münasibət bildirib.

Araz Əzimov mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib olduğu vurğulanıb.

Azərbaycan Respublikası Xalq Cəbhəsi Partiyasının(AXCP) sədri Əli Kərimli isə rəsmi Bakının Ukrayna məsələsində sərgilədiyi mövqeyi qənaətbəxş hesab etmir. Əli Kərimli deyib: Hətta hakimiyyətini yenicə Rusiyanın köməyilə qorumuş Qazaxıstan hökuməti belə açıq şəkildə bildirdi ki, Ukraynanın ərazi bütövlüyünü tanıyır və qondarma respublikaları tanımayacaq.

Əli kərimli “Azərbaycan hakimiyyəti nəyə görə susur? İlham Əliyev nəyə görə bu susqunluğu ilə bizi sivil dünyadan təcrid edir? Rusiya ilə müttəfiqlik haqda bəyanat imzalamaqla müstəqilliyimizdəndəmi vaz keçmişik?” kimi suallar səsləndirib.

Teqlər