“Uşaqlara daha çox dini adlar qoyulur”
https://azeri.sahartv.ir/news/azərbaycan-i386414-uşaqlara_daha_çox_dini_adlar_qoyulur
Ədliyyə Nazirliyinin Xətai Rayon qeydiyyat şöbəsinin rəisi Leyla Süleymanova “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda onlayn brifinqdə valideynlərin uşaqlara daha çox dini adlar verdiklərini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2022 09:16 Asia/Baku
  • “Uşaqlara daha çox dini adlar qoyulur”

Ədliyyə Nazirliyinin Xətai Rayon qeydiyyat şöbəsinin rəisi Leyla Süleymanova “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda onlayn brifinqdə valideynlərin uşaqlara daha çox dini adlar verdiklərini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Ədliyyə Nazirliyi rəsmisi bildirib ki, hazırda uşaqlara daha çox dini adlar qoyulur: “Oğlan uşaqlarına daha çox Əli, Yusif, Məhəmməd adları, qız uşaqlarına isə Məryəm, Fatimə, Zəhra adları qoyulur”.

2021-ci ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində ad, ata adı və soyadını dəyişdirənlərin sayı açıqlanıb.

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli isə bildirib ki, ötən il Nazirliyin qeydiyyat şöbələrində 2346 nəfər şəxsin ad, ata adı və soyadın dəyişdirilməsi ilə bağlı müraciəti təmin olunub.

Nazirlik rəsmisi onu da qeyd edib ki,  Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonrakı müddətdə 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib”.