Azərbaycanın 2 hərbçisi itkin düşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i386586-azərbaycanın_2_hərbçisi_itkin_düşüb
Azərbaycan Respublikası Müdafiə Nazirliyi iki azərbaycanlı əsgərin Laçın rayonu ərazisində itkin düşməsindən xəbər verib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 05, 2022 13:46 Asia/Baku
  •  Azərbaycanın 2 hərbçisi itkin düşüb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi iki azərbaycanlı əsgərin Laçın rayonu ərazisində itkin düşməsindən xəbər verib.

Azərbaycan Respublikası MN-nin rəsmi internet saytında dərc olunan məlumatda deyilir: Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun 2 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Məlumata görə dərhal axtarış tədbirlərinə başlanılıb.

29 yanvar 2022-ci ildə də Kəlbəcər rayonunun Alagöllər sahəsində Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusunun hava şəraitinə görə istiqaməti itirərək azdıqları bildirildi.

İtkin düşən hərbçilərdən 3-ü həyatda olaraq, 1-nin isə meyiti tapıldı.