Mart 14, 2022 13:03 Asia/Baku
  • Cudi Çu: “Erməni xalqının yanında durmaqdan qürur duyuram”

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cudi Çu bildirib ki, Azərbaycanın erməni xalqına qarşı zorakılıq təzahürlərinə baxmayaraq, ermənilərin ruhunu sındırmaq mümkün olmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, konqresmen iddia edib ki, Azərbaycan guya Qarabağın dinc mülki əhalisinə qarşı növbəti müharibəyə başlayıb, onların evlərini və kəndlərini darmadağın edib və  minlərlə insanı didərgin salıbdır.

“Bu zorakılıq qəbuledilməzdir, ona görə də mən dərhal atəşkəsə, eləcə də ABŞ-ı Azərbaycana olan yardımı dayandırmağa çağırmışam” – deyərək  konqresmen qeyd edib.

Konqresmen sonda Azərbaycanı əsir düşənlərin hamısını azad etməyə çağırıb.

Teqlər