Ticarət dövriyyəsinin həcmini 1 mlrd. dollara çatdırmaq mümkündür
https://azeri.sahartv.ir/news/azərbaycan-i386957-ticarət_dövriyyəsinin_həcmini_1_mlrd._dollara_çatdırmaq_mümkündür
SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə, İranın sənaye, mədənlər və ticarət naziri Rza Fatimi Əmin APA-nın İran müxbirinə eksklüziv açıqlamasında deyib ki, İran Azərbaycanla müştərək investisiyaları artırmaq niyyətindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2022 13:01 Asia/Baku
  •  Ticarət dövriyyəsinin həcmini 1 mlrd. dollara çatdırmaq mümkündür

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə, İranın sənaye, mədənlər və ticarət naziri Rza Fatimi Əmin APA-nın İran müxbirinə eksklüziv açıqlamasında deyib ki, İran Azərbaycanla müştərək investisiyaları artırmaq niyyətindədir.

İran öncədən də Azərbaycanla müştərək investisiyaların həcmini artırmaq üçün addımlar atıb, hazırda isə bunu daha ciddi davam etdirəcək: "İki ölkənin ticarət mübadiləsi ötən illərlə müqayisədə artıb. Hazırda tranzit, müştərək istehsal sahələrində əməkdaşlığı artırmaq üçün hər iki ölkədə geniş potensial var".

Nazir bildirib ki, İran Azərbaycanda müştərək avtomobil istehsalına sərmayə yatırıb və hazırda bu sahədə investisiya həcmini artırmaq və işləri gücləndirmək niyyətindədir.

"Düşünürük tranzit məsələsi də Şimal-Cənub dəhlizinə görə hər iki ölkə üçün əhəmiyyət kəsb edir. Tranzit sahəsində əməkdaşlığın artırılması ilə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi də artacaq", - nazir əlavə edib.

Azərbaycan və İran arasında ticarət mübadiləsinin həcminin 1 mlrd. dollara çatmaq imkanı ilə bağlı verilən sualı cavablandıran iranlı nazir bildirib ki, Azərbaycan və İran arasında mövcud potensial nəzərə alınsa, ticarət dövriyyəsinin həcmini 1 mlrd. dollara çatdırmaq mümkündür.