Həbsdə olan AXCP fəalı polisləri pul oğurluğunda ittiham edir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elxan Əliyev Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlama məntəqəsində aclıq edir.
SəhərAzəri-nin Turan xəbər agentliyinə istinadən verdiyi məlumata görə,Əliyev martın 19-da "xırda xuliqanlıq" və "polisə tabe olmamaq" kimi inzibati xətalar törətməkdə ittiham olunaraq 30 sutkalığa həbs edilib. O, ittihamı rədd edib. Azərbaycan Xalq Cəbhəsi Partiyası həbsi siyasi motivli adlandırıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər ki, martın 23-də Əliyev zəng edərək deyib ki, saxlandığı gündən aclıq edir.
O, əsassız həbsinə və avtomobilindən pulun yoxa çıxmasına etiraz edir. O polis tərəfindən öz şəxsi avtomobilindən çıxarılarkən polisə xahiş edib ki. 2500 manatı öz avtomobilindən götürməyə icazə versinlər, lakin icazə verməyiblər.
Məhkəmədə Əliyev pul barədə soruşanda, ona deyiblər ki, "maşında pul yox idi".
Əliyev əmindir ki, pulu onu saxlayan polis əməkdaşları götürüblər. O, pulu geri qaytarana qədər aclığı davam etdirmək niyyətindədir, Azərbaycan Xalq Cəbhəsi Partiyasından deyiblər.