Apr 02, 2022 11:56 Asia/Baku
  •  “ABŞ hökuməti azərbaycanlı gənclərə investisiya yatırır”!

Martın 31-də və aprelin 1-də ABŞ səfiri Litzenberger Astara və Lənkərana səfər edib, yerli təhsil müəssisələrində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi iki kompüter sinfinin açılışında iştirak edib.

SəhərAzəri-nin məlumatına görə,  ABŞ səfirliyinin press-relizində deyilir ki, siniflərdə Astara Pedaqoji Kollecində 21 və Lənkəran Dövlət Universitetində 17 yeni kompüter tələbələrin istifadəsinə verilib.  

Litzenberger Astara Pedaqoji Kollecində və Lənkəran Universitetində bu ali məktəblərin rəhbərliyi və tələbələrilə söhbət edib.

Azərbaycan Respublikası təhsilinə həqarət hesab olunan 38 kompüterin verilməsi üçün Astara və Lənkərana səfər edən ABŞ səfiri deyib:“Biz azərbaycanlı gənclərin uğur qazanması üçün əlimizdən gələni etmək istəyirik. Ona görə də ABŞ hökuməti azərbaycanlı gənclərə investisiya yatırır”.

Teqlər