“Qafqaz Müsəlmanları İdarəsi”nə mənsub şəxslərin açıqlamaları çaşqın vəziyyət yaradıb
QMİ-nin izahatı insanları qane etmir
Ramazan ayının başlanması və bitməsi vaxtı, eləcə də fitriyyə ilə bağlı qeyri-fiqhi və qeyri-peşəkar izahatları Azərbaycan Respublikasında inanc əhlini çaş-baş salıb.
SəhərAzəri-nin məlumatına əsasən, “Modern.az” saytı xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadənin fitriyyə zəkatının miqdarı və onun necə ödəməsi ilə bağlı çaşdırıcı açıqlamaları cəmiyyətdə müxtəlif reaksiyalar doğurub.
“Həm mən, həm də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri imkansız ailələrə yardım edirik” deyən Cavanşir Paşazadə qardaşı Allahşükür Paşazadə ilə birlikdə Ramazan ayında oruc tutduqlarını bildirib. O deyib: “Bacardığım qədər fitrə zəkatını verirəm. Bu il fitrə zəkatını bir nəfərin razı qalacağı dərəcədə verəcəm. Fitrə zəkatı orta hesabla 10 manatdan 13 manata qədər ola bilər. İmkanı olanlar fitrə zəkatını verə bilərlər. Fitrə zəkatı yoxsul qonşu ailələrə və ya aztəminatlı qohumlara verilməlidir. Mən də aztəminatlı qohumlara, qonşulara fitrə zəkatını ayırmağa çalışıram”, deyə deputat qeyd edib.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan və Türkiyə xalqlarının dini məzhəbləri arasındakı fərqlərə əhəmiyyət verməyən türk mərkəzlərini təqlid etməkdə yeni yanaşması Azərbaycanda Ramazan ayının hökmləri və orucluqla bağlı zehni çaşqınlığı daha da artırıb, ona görə də bu il əhali üçün düzgün fiqhi hökmlərin izahı həmişəkindən artıq zərurət daşıyır.