Apr 07, 2022 10:43 Asia/Baku
  • Vüqar Bayramov: “Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur”

Azərbaycan Respublikası parlamentinin üzvü Brüssel görüşünü rəsmi Bakənın diplomatiyasının yeni uğuru adlandırdı.

SəhərAzəri-nin məlumatına əsasən, Vüqar Bayramov bildirib ki, Sülh anlaşmasının işlənməsi və hazırlanması üçün hər iki ölkənin xarici işlər nazirliklərinin fəaliyyətlər həyata keçirməsi, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması və iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərinin müzakirəsinin davam etdirilməsi barədə razılıq Azərbaycan diplomatiyasının nəticələri sırasındadır. 

Kommunikasiyalar məsələsinə gəlincə Millət vəkili Zəngəzur dəhlizini əngəlləməklə Ermənistanın yeni mühüm imkanları əldən buraxdığını qeyd edib: "Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq yükdaşımalarda gəlir əldə etməsinə imkan verə bilərdi. İrəvanın düşünülməmiş siyasəti ona gətirib çıxardı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və Ermənistan yenə də oyundan kənar vəziyyətdə qalıb."

Onun sözlərinə görə, Qarabağ münaqişəsi sözünün bir dəfə də işlədilmədiyi Avropa Şurasının son bəyanatı artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir.

Teqlər