Apr 13, 2022 08:59 Asia/Baku
  • İlham Əliyev qərb dövlətlərini ikili standartlarda ittiham edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə qərb dövlətləri və qurumlarını ikili standartlarla rəftar etməkdə ittiham edib.

SəhərAzəri-nin məlumatına əsasən,İlham Əliyev 1-ci Qarabağ müharibəsindən sonra Naxçıvanın qazının Ermənistan tərəfindən kəsilməsini xatırladaraq qərb dövlətlri və beynəlxalq təşkilatların buna tam süsmalarına diqqət çəkib: “Amma bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin - Amerikadan tutmuş Avropaya qədər”,- deyə Azərbaycan Respublikası prezidenti bildirib.

İlham Əliyev Naxçıvan qazının bu günədək svop metodu ilə İran tərəfindən təmin edildiyini də xatırladıb ancaq bunun beynəlxalq ictimaiyyətin Ermənistana etiraz etməməsinə bəraət qazandırmadığını vuğulayıb.

İlham Əliyev Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında kamonikasiyaların Ermənistan ərazisi vasitəsi ilə bərpa olunması barədə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetiməməsinə diqqət çəkib eyni zamanda bu əlaqənin İran vasitəsi ilə həyata keçəcəyini vuğulayıb: “İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Ümid edirəm ki, yaxın gələcəkdə təməlqoyma mərasimi də keçirilə bilər və beləliklə, yeni beynəlxalq nəqliyyat dəhlizi açılacaqdır”,- Azərbycan Respublikası Prezidenti bildirib.

İlham Əliyev sözlərinin başqa hissəsində qərb dövlətlrəinin vaxtı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımaq qarşısında müqavimət göstərdiklərini də yada salıb və Azərbaycanla Ukraynaya olan münasibəti də onların ikili standartlarının növbəti nümunəsi adlandırıb: “İşğal dövründə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ikitərəfli formatda apardığımız danışıqlar əsnasında biz güc-bəla ilə, zorla ölkəmizin ərazi bütövlüyü prinsipini o bəyannamələrə saldırırdıq. Bir çoxları imtina edirdi. Halbuki bu, gün kimi aydın idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili standartlar, ədalətsizlik, bax, budur”,- Azərbaycan prezidenti bildirib.  

İlham Əliyev bu gün də Azərbaycana münasibətdə bu ikili standartın davam etdiyini xatırladıb: Biz bunu bu gün də görürük, Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur. Bu, reallıqdır”,-  Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

 

Teqlər