Azərbaycan prezidenti Ermənistanla sülhə nikbindir
İlham Əliyev: "Biz sülh sazişi ilə bağlı danışıqlara başlamalıyıq"
Azərbaycan Respublikasının Prezidenti Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdə Ermənistanla sülhün əldə olunacağına nikbinlik ifadə edib.
SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev bu görüşdə bir həftə bundan əvvəl Brüsseldə keçirilən danışıqlardan məmnunluq ifadə edərək deyib: "Düşünürəm ki, bu, başlanğıc nöqtəsi idi. Çünki biz sərhəd üzrə komissiyaların və eyni zamanda, sülh sazişi üzrə işçi qruplarının yaradılması barədə razılığa gəldik. Biz bununla bağlı əvvəllər də danışırdıq və bildiyniz kimi, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Azərbaycanın mövqeyi həmişə ondan ibarət idi ki, biz sülh sazişi ilə bağlı danlışıqlara başlamalıyıq. Hesab edirəm ki, rəsmi başlanğıc nöqtəsi aprelin 6-da Brüsseldə baş tutdu."
Onun sözlərinə görə, sülh danışıqlarına artıq başlamaq mümkündür. Bu irəliyəşi davam etdirmək və hər iki tərəfin razılaşmalara riayət etməsi mühüm əhəmiyyət kəsb edir.