Entoni Blinken :
"Azərbaycan tərəfindən atılan addımlara mane olmağa çalışırdıq”
ABŞ dövlət katibi Entoni Blinken xarici əlaqələr komitəsinin sədri senator Bob Menendesin suallarına cavabda etiraf edib ki, ABŞ hökuməti Ermənistanı Azərbaycan qarşısında qorumağı düşünür:
“Biz vəziyyəti gərginləşdirə biləcək istənilən birtərəfli addımlara, xüsusən Azərbaycan tərəfindən atılan addımlara mane olmağa çalışırdıq”, - deyə Blinken bildirib.
Çərşənbə axşamı Senatda Azadlığa Dəstək Aktına 907-ci düzəlişin aqibəti məsələsi qaldırılıb, xarici əlaqələr komitəsinin sədri senator Bob Menendesin suallarına cavabda ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, 907 illik qərardır və onun barəsində idarələrarası yoxlama aparılır.
Administrasiyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı göstərdiyi səylərdən danışan Blinken yenə Dağlıq Qarabağdan və bu münaqişənin nizamlanmasından danışıb:
“Bir həftə əvvəl baş nazir Paşinyan və prezident Əliyevlə, eyni zamanda onların xarici işlər nazirləri ilə telefon söhbətim olub. Biz Dağlıq Qarabağ üzrə uzunmüddətli siyasi nizamlanmanı irəlilətməyə çalışırıq və etimadın möhkəmləndirilməsinə yönəlmiş müxtəlif tədbirlər hazırlayır və irəli sürürük”, deyə Blinken bildirib.
“Biz vəziyyəti gərginləşdirə biləcək istənilən birtərəfli addımlara, xüsusən Azərbaycan tərəfindən atılan addımlara mane olmağa çalışırdıq. Bizim sülh perspektivlərini irəlilətməyə kömək etmək üçün bir sıra proqramlarımız var”, deyə Blinken əlavə edib.