Azərbaycan Ordusunun mövqelərini atəşə tutulub
https://azeri.sahartv.ir/news/azərbaycan-i388728-azərbaycan_ordusunun_mövqelərini_atəşə_tutulub
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan ordusunun Azərbaycanın mövqelərini atəşə tutduğunu bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 03, 2022 08:47 Asia/Baku
  • Azərbaycan Ordusunun mövqelərini atəşə tutulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan ordusunun Azərbaycanın mövqelərini atəşə tutduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində bildirilir ki, mayın 2-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Mayın 1-də də həmin ərazidə Azərbaycan ordusunun mövqelərinin hədəfə alındığı bildirilmişdi.

Hər iki hücumda hərhansı itkinin olmadığı bildirilir.