May 06, 2022 09:54 Asia/Baku
  • Azərbaycanla Ermənistan sərhədində buraxılış məntəqələri yaradılır

Azərbaycan Respublikası ilə Ermənistanın dövlət sərhədindəki məntəqələr dəqiqləşdirilib.

SəhərAzəri xəbər berir : Baş nazirin qərarına əsasən, Ermənistanla dövlət sərhədində buraxılış məntəqələrinin adları, sayı və yerləşdiyi ərazilərin siyahısı dəqiq müəyyən edilib.

Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikasının digər dövlət sərhədindəki buraxılış məntəqələrində olduğu kimi, qeyd edilən dövlət sərhədində də buraxılış məntəqələrinin adları, sayı və yerləşdiyi ərazilərin siyahısı dəqiq müəyyən edilib.

Buraxılış məntəqələrinin ikisi Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində yerləşir: Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi - Qubadlı rayonu (Eyvazlı kəndi) və Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi).

Həmçinin Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi) və Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi) müəyyənləşib.

Teqlər