Azərbaycanlı tələbələrə sionistlər təlim keçəcək
Azərbaycan Respublikası kənd təsərrüfatı naziri İnam Kərimov deyib ki, bu ilin sentyabr ayından etibarən 50 azərbaycanlı tələbə İsraildə aqrar sahədə təhsil alacaq.
SəhərAzəri-nin məlumatına əsasən,İnam Kərimov bildirib ki, sionist İsrail rejimi və sahə nazirliyi bu layihəni dəstəkləyir. " Tələbələr bir il ərzində həm aqrar sahədə çalışacaqlar və həm də fəaliyyət göstərəcəklər. Bir ildən sonra geri dönərək öz fəaliyyətlərini Azərbaycanda davam edəcəklər",- deyə nazir qeyd edib.
Nazirin dediyinə görə təcrübə proqramı çərçivəsində tələbələrin əsas məqsədi aqrar sahədə mövcud olan yenilikləri, aqrar sahədə olan innovasiyaları, texnologiyaları, bilikləri sionistlərdən öyrənmək və mənimsəməkdir.
Xatırladaq ki, Sionist rejim Azərbaycan Respublikasının kənd təsərrüfatı sektorunda öz hökmranlığını genişləndirmək və tamamlamaq üçün ciddi şəkildə yeni planlarını gündəmə gətirib.
Bu məqsədlə İsrail Azərbaycanda ağıllı kəndlər yaradır, İsrail Azərbaycan Respublikasının su ehtiyatlarının 30 illik idarəetmə planını təqdim edir, Azərbaycan Respublikasının fermerləri və bağbanları üçün israilli mütəxəssislər tərəfindən təlim kursları keçirilir və sairə.
Məlumat üçün bildirək ki, son illərdə sionist rejim Azərbaycan Respublikasını neft tədarükünün əsas mənbəyi və silah satışı üçün əsas bazara çevirib.
Hazırda məlumatlı mənbələr bildirirlər ki, sionist rejim əkinçilik və bağçılıq layihələri və İran sərhədi yaxınlığında ağıllı kəndin yaradılması kimi planları vasitəsilə təxribat və casusluq fəaliyyətləri həyata keçirir.