May 18, 2022 13:35 Asia/Baku
  • Naxçıvanlıları görməyən naxçıvanlı deputatlar

Moderator.az İnformasiya Agentliyi Naxçıvan Muxtar Respublikasından olan deputatların təmsil etdikləri yerli sakinlərlə görüş təşkil etmədikləri barədə araşdırma aparıb.

SəhərAzəri-nin məlumatına əsasən,"Naxçıvanlılar dərdini kimə deməlidir?" Başlıqlı materialda ilk olaraq bildirilir ki, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının Milli Məclisində 7 deputat təmsil edir. 1 saylı Şərur-Sədərək seçki dairəsindən Vasif Talıbov, 2 saylı Şərur seçki dairəsindən İsa Həbibbəyli, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən Səttar Möhbalıyev, 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Eldar İbrahimov, 5 saylı Şahbuz-Babək seçki dairəsindən Siyavuş Novruzov, 6 saylı Culfa-Babək seçki dairəsindən Ülviyyə Həmzəyeva, 7 saylı Orbubad-Culfa seçki dairəsindən isə Cəbi Quliyev Milli Məclisə deputat seçilib.

Moderator.az-ın araşdırmasında sonra deyilir: “Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bu deputatların əksəriyyəti yerlərdə seçicilərlə az-az görüşür, qəbullar təşkil etmir. Bəzi millət vəkillərini isə son bir ildə ümumiyyətlə seçildiyi dairənin ərazisində görən olmayıb.”

Xəbər Agentliyi adları çəkilən deputatların hər birinin köməkçiləri ilə onların son dəfə nəvaxt seçiciləri ilə görüşdüklərini öyrənmək üçün əlaqə yaradıb və həmin söhbətlərin təfərrüatını dərc edib.

Reportajdan bəlli olur ki, NMR-nin deputatları muxtar respublikanın sakinləri ilə maraqlanmağa heç ehtiyac görmürlər.

Teqlər