Azərbaycan prezidenti işsizlik problemindən danışdı
"İşsizlik səviyyəsini 5%-ə qədər azaltmışıq"
Azərbaycanın dövlət başçısı ölkədə işsizlik səviyyəsini 5-6 faizə qədər azaltdığını söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib: "Azərbaycandakı müsbət demoqrafik vəziyyəti nəzərə alaraq, biz daim işsizliklə bağlı məsələlərə diqqət yetirməliyik. Biz işsizlik səviyyəsini 5-6 faizə qədər azaltmağa nail olmuşuq. Lakin bunu aşağı səviyyədə saxlamaq üçün biz hər il yeni iş yerləri açmalıyıq. Çünki Azərbaycanın əhalisinin sayı, 30 il əvvəl müstəqilliyimiz əldə olunandan bu günə qədər 7 milyondan 10 milyona qədər artmışdır və indi də artmaqdadır. Bu səbəbdən biz daha çox insan üçün iş yerlərinə sahib olmalıyıq. Xüsusilə də indi - dördüncü sənaye inqilabının nəticəsində bir çox işlərin artıq mövcud olmayacağı dövrdə biz özümüzü yeni iş sahələrinə hazırlamalıyıq".
Deyildiyinə görə prezident Əliyev öz açıqlamasında Dövlət Statistika Komitəsinin aylıq hesabatlarına istinad edib, lakin bu hesabatların dəqiqliyinə müstəqil iqtisadçılar şübhə ilə yanaşırlar. İş o yerə çatmışdır ki, bir müddət əvvəl iqtisadçı Qubad İbadoğlu Azərbaycanda son bir ildə işsizlik və yoxsulluğun 2 dəfə artmasına dair iddia ilə çıxış edib. O, öz sosial şəbəkə hesabında qeyd edib ki, işsizlik 50 faizə, yoxsulluq 30 faizə qədər artıb.
Əlbəttə ki, bu, bütün ekspertlərin rəyi deyi.
"Faktyoxla Lab" saytı Qubad İbadoğlunun iddiasına cavab olaraq yazır ki, Qubad İbadoğlunun istər işsizlik, istərsə də yoxsulluqla bağlı iddiaları heç bir fakt və dəlilə söykənmədiyindən gerçəklikdən tamamilə uzaqdır.