May 19, 2022 15:03 Asia/Baku
  • Bir gündə beş nəfər intihar edib

Azərbaycanda bir gündə 5 nəfər canına qıyıb.

SəhərAzəri-nin Lent.az-a istinadən verdiyi məlumata əsasən, mayın 18-də Azərbaycanda beş nəfər özünü öldürüb.

Sabunçu rayonu, Ramana qəsəbəsində 64 yaşlı Cilovxan Hacı oğlu Quliyev, həmin qəsəbədə 38 yaşlı Əmiraslanova Təranə Şahin qızı, Yasamal rayonunda 49 yaşlı Naib Əlihüseyn oğlu Gülməmmədov, Şirvan şəhərində 17 yaşlı Elvin Azər oğlu Məmmədli, Ağsuda qəbiristanlıqda isə 39 yaşlı Rüfət Qismət oğlu Yusifli özlərini asaraq, həyatların son qoyublar.

Hər bir faktla bağlı yerli prokurorluq orqanlarında araşdırma aparılır.

Teqlər